Alüminiumun tarixi

Alüminiumun tarixi

Bugün alüminiumdan hazırlanmış fasadlara, qapılara, pəncərələrə öyrəşmişik. Amma bilirdinizmi ki, XIX əsrdə alüminium qızıldan da bahalı idi? Hətta Napaleon III-un sarayında ən hörmətli qonaqlara alüminiumdan hazırlanmış qaşıq-çəngəl verilirdi, digərləri isə qızıldan istifadə edirdi.
1886-cı ildə Hall–Héroult prosesi kəşf olunandan sonra alüminium kütləvi istehsala çıxdı. Yüngüllüyü, paslanmaması və möhkəmliyi ilə inşaatda inqilab yaratdı. Bu gün binaların parlaq fasadları, uzunömürlü konstruksiyalar və modern görünüşün arxasında məhz alüminium dayanır.

Əvvəlki Xəbər Avtomatik qapıların pərdəarxası